Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir.


 

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin 52-ci Milli Gününə həsr olunan tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyə qədər ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir.

Azərbaycan Respublikası ilə BƏƏ arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır və iqtisadiyyat, enerji, turizm, təhsil və bir çox digər sahələri əhatə edir.

Ölkələrimiz ikitərəfli təmaslarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq edir", - Əmrullayev qeyd edib.

Nazir qarşılıqlı yüksək səviyyəli səfərlərə də toxunub: "Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin yanvarında BƏƏ-yə səfəri əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunun və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun əyani göstəricisidir".

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. 1 milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında igid ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Bu baxımdan, BƏƏ-nin bir neçə şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və tikinti layihələrində iştirak etmək üçün müraciət etməsi bizi sevindirir", - nazir əlavə edib.

Əmrullayevin sözlərinə gorə, BƏƏ Azərbaycanın mühüm ticarət və iqtisadi tərəfdaşıdır: "2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 99,87 mln. ABŞ dolları təşkil edib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 16 faiz artıb.

Azərbaycanda BƏƏ investisiyalı 385 kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdan keçib.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizlə BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında Sazişlə bağlı danışıqlara 2023-cü ilin aprel ayında başlanılıb.

Bundan əlavə, Azərbaycanın Ticarət Nümayəndəliyi 2017-ci ildən, “Azərbaycan Ticarət Evi” isə 2019-cu ildən Dubayda fəaliyyət göstərir.

Enerji sahəsində əməkdaşlıq ikitərəfli təmasların digər mühüm istiqamətlərindən biridir. Bu kontekstdə BƏƏ-nin “Masdar” şirkətinin Azərbaycanda həyata keçirilən enerji layihələrində fəal iştirakına diqqəti cəlb etmək istərdim.

BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 2023-cü ilin oktyabrında istifadəyə verilmiş Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və “Regionda ən böyük günəş elektrik stansiyası kimi” və “Masdar” şirkəti ilə Azərbaycan hökuməti arasında Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış sənədlər xüsusi vurğulanmalıdır.

Hesab edirəm ki, xalqlarımız arasında təmaslar ikitərəfli əməkdaşlığın dinamik inkişafını əsaslandıran əsas amillərdən biridir.

Bu əlaqələrin qurulmasında elm və təhsil sahələri xüsusi əhəmiyyət kəsb edir. Hazırda biz Azərbaycan Respublikasının ali təhsil müəssisələrində artıq təhsil alan BƏƏ vətəndaşlarının sayının artmasında həqiqətən maraqlıyıq və inanırıq ki, tələbə və akademik heyətin mübadiləsi, elmi tədqiqatlar və elmi tədqiqatların aparılması üçün daha geniş imkanlar var".

 


23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım


Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏyə əsasən, qurumun Şuranın Katibliyi olacaq.


 

Trend xəbər verir ki, Katiblik Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri həyata keçirir.

Onun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icra edib.

Şuranın Katibliyinin tərkibini Şuranın sədri müəyyən edir. Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:

- Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

- Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

- Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;

- Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

- imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;

- Şuranın iclas protokollarının və qərarlarının surətlərini Şura üzvlərinə, habelə qərarlardan çıxarışları aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

- Şuranın iclaslarında qəbul olunmuş qərarların, o cümlədən imzalanmış digər sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

- Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular verir, onlardan belə sənədləri (məlumatları) alır;

- Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

- Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

- Şuranın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada keçirilə bilər. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

- Şuranın iclasları Şuranın sədri tərəfindən çağırılır və ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.

- Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

- Şuranın iclaslarının nəticəsi Şuranın sədri və iclasda iştirak edən üzvlər tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

- Şuranın qərarlarının icra vəziyyəti barədə məlumat bu Əsasnaməyə əsasən Prezidentə təqdim olunan hesabata daxil edilir.

- Şuranın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatı Şuranın sədri və yaxud onun razılığı ilə Katiblik Şuranın internet saytında yerləşdirilir.

- Şuranın yenidən təşkilini və ləğvini Prezident həyata keçirir.

Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.


 

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava limanında qarşılandıqdan sonra Naxçıvan Gənclər Fondundan "Naxçıvan Könüllüləri" ilə birlikdə 100 nəfərdən ibarət heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri öz türkiyəli həmkarlarına zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

02:10

Bakıdan Türkiyəyə yola düşən könüllülər artıq Naxçıvana çatıblar.

"Report"un yerli bürosu xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələdən zərər görmüş insanlara kömək məqsədilə Türkiyəyə gedən Azərbaycandan gələn könüllülər artıq Naxçıvan Beynəlxalq Hava limanına eniş ediblər.

Yaxın bir saat ərzində Azərbaycan könüllüləri "Naxçıvan Könüllüləri" ilə birlikdə Türkiyəyə yola düşəcəklər.


Prezident İlham Əliyev Nurlana Müzəffər qızı Əliyevanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

 

Bununla bağlı prezident.az məlumat yayıb.

 



Füzuli rayonuna bir sıra dövlət qurumlarının iştirakı ilə jurnalistlərin səfəri təşkil olunub.

Trend-in məlumatına görə, səfər çərçivəsində jurnalistlər Aşağı Köndələnçay su anbarı ilə, yeni tikilən “Füzuli” yarımstansiyası, Zəfər yolunda inşa edilən körpüdəki işlərlə və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olacaqlar.

Qeyd edək ki, səfərdə Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin
nümayəndələri də iştirak edir.

 


Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

 

Sabah Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.




İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Xəbər lenti