Bu gün AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İcraiyyə Komitəsinin fövqaladə iclası keçirilib. 

Trend xəbər verir ki, toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar verilib. İtalyan mütəxəssis millinin sükanı arxasından kənarlaşdırılıb. İclasın ilk 10 dəqiqəsində De Byazi AFFA-nın inzibati binasından çıxıb. O, arxa qapıdan çıxaraq federasiyanın binasını tərk edib.

AFFA İcraiyyə Komitəsinin iclasında italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacağı bildirilib. Beləliklə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.

 

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.


İspaniya La Liqasında və Sequndasında bu tur keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.


 

"Report" xəbər verir ki, matçlarda Türkiyə və Suriyadakı zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bundan başqa, meydana ilk "11-lik"də çıxan futbolçuların start fitindən əvvəl faciə qurbanlarına kömək üçün başladılan kampaniyaları təşviq edən pankartlarla şəkil çəkdirəcəklər.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 20 213 nəfər ölüb, 80 052 nəfər isə yaralanıb.

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat planı hazırlanıb. Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.

X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş media işçiləri və könüllülər 5 iyul 2021-ci il tarixinədək müntəzəm marşrut xətləri üzrə avtobuslardan ödənişsiz hərəkət imkanına malikdirlər. Bununla bağlı daşıyıcılara tapşırıq verilib və müvafiq akkreditasiya nümunələri təqdim edilib.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

 

Özümü çox xoşbəxt hiss edirəm. Adətən, Bakıdakı yarış kifayət qədər çılğın keçir. Trend-in məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran Prisi 2021-in birincisi “Red Bull Racing” komandasının pilotu Serxio Peres deyib.

O, komanda yoldaşı Maks Ferstappenin qəza törətməsinə də toxunub: “Birincisi, onu qeyd edim ki, Maksın qəzası ilə bağlı təəssüf hissi keçirirəm, möhtəşəm performans nümayiş etdirdi və qələbəyə layiq idi. Birinci və ikinci yerləri qazanmaq komandamız üçün inanılmaz nəticə olardı. Amma günün sonunda onu deyə bilərəm ki, çox məhsuldar gün idi. Bolidin yarışdan çıxmasına az qalmışdı, lakin bəxtimiz gətirdi ki, biz yarışı bitirməyə nail ola bildik. Başlanğıcdan sona qədər çox çətin idi”.

 


Yenidən "Real"a baş məşqçi təyin edilən Zinəddin Zidan komandanın əvvəlki gücünü qaytarmaq əzmindədi. Klub prezidenti Florentino Peres yayda transferlərə astronomik məbləğ ayıracağı vədini verib. 

"Kral klubu" ilə 2022-ci ilə qədər müqavilə imzalayan fransalı mütəxəssis transfer siyahısını da artıq müəyyənləşdirib. "Marca" nəşri Zizunun rəhbərliyə təqdim etdiyi adları ələ keçirib. "Porto"dan müdafiəçi Militaonu 50 milyon, "Novorizontino"dan isə hücumçu Rodriqonu 45 milyon avroya alan Peres əsas "bombaları" yayda "partladacaq".

 Zidanın ilk mərhələdə ixtiyarında görmək istədiyi ulduz futbolçular Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Pol Poqba ("Mançester Yunayted"), Eden Azar ("Çelsi") və Kristian Eriksendi ("Tottenhem"). Madridlilər adıçəkilən futbolçuların hamısını bu yay heyətinə qatmağa çalışacaq.

 

Ancaq rəhbərlik bununla kifayətlənməyəcək. Çünki Peres növbəti iki illik transferlər üçün 1 milyard avroya yaxın büdcə ayıracaq. İspanların qarşıdakı iki il ərzində Madridə gətirməyi planlaşdırdığı simalar arasında Nqolo Kante ("Çelsi"), Cengiz Ünder ("Roma"), Xalidu Kulibali ("Napoli") və Miralem Pyaniç ("Yuventus") də var. 

Bu müddətdə "Real" heyətin bir neçə üzvünü də yola salacaq. Belə ki, rəhbərlik Tibo Kurtua, Rafael Varan, Toni Kroos və Qaret Beyl başda olmaqla bəzi futbolçuların satışından qazanc  əldə etmək niyyətindədi.

 

 

 

Xəbər lenti