Ermənistan KTMT Parlament Assambleyasının daimi komissiyalarının videokonfrans vasitəsilə keçirilən birgə iclasında təqdim olunan üç qətnamə layihəsindən ikisi üzrə səsvermədə bitərəf qalıb.


 

Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistan tərəfi uran tərkibli döyüş sursatından istifadənin mümkün nəticələrinə dair qətnaməni dəstəkləməyib.

Eyni zamanda Kanada parlamentində SS “Qalisia” diviziyasından olan döyüşçünün iştirakı ilə əlaqədar bəyanat layihəsini də qəbul etməyib.


Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ən az 25 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.

Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərində baş verib. Qatarlardan biri relsdən çıxıb və ikinci sərnişin qatarının üstünə çırpılıb.

 


Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 20 nəfər ölüb, daha 54 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyada istinadən "Televisa" telekanalı məlumat yayıb.

"İlkin məlumatlar çox ağırdır, mənə 20 nəfərin yandığını və 54-sinin isə yanıq xəsarəti aldığı bildirilib", - deyə Fayyad söyləyib.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib.

Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.

 

 

Xəbər lenti