Türkiyənin şərqində Rixter cədvəli ilə 3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, zəlzələnin episentri Van şəhərindən 27 kilometr şimalda yerləşib.
Yeraltı təkanlar yerli vaxtla saat 04:23-də qeydə alınıb.
Hər hansı bir fəsad və ya itkinin olmadığı deyilir.