Yanğın 3 istiqamətdə baş verib, hərəsinin də sahəsi 1000-1500 kvadrat metr sahəni əhatə edib.


 

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə yanğın tam məhdudlaşdırılıb, yanğının qonşu obyektlərə yayılma təhlükəsi yoxdur. Yanğın bazarın mərkəz hissəsində baş verib.

"Təhlükəsizliyi təmin etmək məqsədilə işlər görülür. Tədbirlərimiz davam etdirilir", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Prezident İlham Əliyevin dəvəti ilə Özbəkistan lideri Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycana işgüzar səfər edəcək.


 

APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nın Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.


Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb.


 

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Qarabağ müharibəsinin tarixi bundan on illərlə əvvələ gedir. Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi", - deyə nazir bildirib.

"Rusiya çoxlu sayda variantlar təklif etmişdi, lakin torpaqları geri qaytarmaq istəməyən öncəki Ermənistan hakimiyyəti buna heç də müsbət yanaşmırdı. Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb" - S.Lavrov qeyd edib.



Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrik müraciəti edib

"Hörmətli gənclər!

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır.

Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir".

123news.az

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

AzNews.az xəbər verir ki, sözügedən qanuna 3.3-1 maddə əlavə edilməsi təklif olunur. Bu maddədə qeyd edilir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

 

İbrahim Rəisi ötən gün keçirdiyi mətbuat konfransında ölkənin əsas problemlərdən biri kimi iqtisadi sıxıntılardan danışdı və bu sıxıntıların aradan qaldırılmasının yeni qurulacaq hökumətin qarşısında duran ən vacib məsələlərdən biri olduğunu qeyd etdi.

AzNews.az xəbər verir ki bunu Axar.az-a açıqlamasında siyasi ekspert Çağatay Balçı bildirib. Onun sözlərinə görə, ölkədə mövcud iqtisadi böhranın Amerikanın sanksiyaları ilə birbaşa əlaqəsi var və yeni seçilmiş prezidentin problemləri qısa müddətdə həll etməsi mümkün deyil:

“Əslində Rəisinin də ABŞ-la münasibətlərə mənfi baxdığını demək mümkündür. Bu, İbrahim Rəisinin sözügedən mətbuat konfransı zamanı mövzu ilə bağlı suallara cavablarında da özünü göstərdi. Fikrimcə, İran və ABŞ münasibətlərində yaxın müddətdə yaxşılaşma görünmür. Ancaq yeni hökumət formalaşdıqdan sonra hadisələrin inkişaf istiqamətinə uyğun olaraq 1-2 il sonra müəyyən dəyişikliklərin olacağını söyləmək mümkündür”.

Ekspert Qarabağ məsələsində İranın rəsmi mövqeyinin dəyişməyəcəyini bildirib:

“İranın 44 günlük Qarabağ müharibəsində tutduğu mövqeyi qoruyacağını düşünürəm. Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdiyi “altılıq platforması”nda İran özünü bir aktor kimi göstərmək istəyir. Bu da təbiidir, çünki İranın da bölgədə geosiyasi maraqları mövcuddur. İran bu platformaya 2017-ci ildə başlayan Astana görüşlərindəki mövqeyinə bənzər münasibət göstərir və platformanın formalaşmasına qüvvələr balansını saxlamaq, münasibətlərin daha effektiv şəkildə müzakirəsi üçün yeni bir imkan kimi baxır”.

 

 

Azərbaycanda 48 yaşlı məmur ofisdə qəfildən öldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

 

Bakıda "Azure” biznes mərkəzində şəxsin intihar etməsinin görüntüləri yayılıb. 

 

Video sosial şəbəkədə yayılıb. 

 

Videoda şəxsin binadan yıxılma anı əks olunub.

 

1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atmazdan əvvəl məktub yazıb.

 

Məktubda qeyd edilir: "Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

 

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaqdır.

Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin qərarında bildirilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Suallar olduğu təqdirdə 9108 nömrəli qaynar xəttə müraciət oluna bilər.

 

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

 

 

 

Xəbər lenti