![]() |
![]() |
Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.
AzNews.az xəbər verir ki, bu barədə APA-ya "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.
Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.
Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifidir.
Allah rəhmət eləsin.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində 14 iyun tarixində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Xidmətdən Trend-ə verilən məlumata görə, həmin gün saat 03:00 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfər olan “Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.
Şübhəli şəxs sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərmiş, onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılmışdır. Ağstafa rayon sakini 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşdirilmiş şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində həmin rayon sakini 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilmişdir.
Eyni tarixdə saat 05:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunmuşdur.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq silah tətbiq olunmuş və cinayətkar zərərsizləşdirilmişdir. Hadisə baş vermiş əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələrvə külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanmışdır.
Faktla bağlı İİR tərəfi dərhal məlumatlandırılmış, müqabil tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən İran vətəndaşı Behnam İlhami olması müəyyən edilmiş sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülmüşdür.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.
Operativ Qərargahdan bununla bağlı Trend-ə daxil olan məlumatda deyilir:
“Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə görülmüş tədbirlərdən biri xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə girişinin yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi əsasında verilməsidir.
Son bir ildən artıq müddət ərzində həyata keçirilmiş genişmiqyaslı tədbirlər, o cümlədən 2021-ci ilin yanvar ayından etibarən başlanmış uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət müsbətə doğru inkişaf etmiş, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılmışdır.
Eyni zamanda, dünyanın bir sıra ölkələrində epidemioloji vəziyyət sabitləşir və ardıcıl vaksinasiya tədbirləri nəticəsində həmin ölkələrdə yoluxma sayları nəzarətdə saxlanılır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan kimi epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.
Belə ki, ilkin mərhələdə 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə aşağıda müəyyən edilmiş şərtlərlə səfər edə biləcəklər:
- Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;
- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.
Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.
Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.
Yaxın gələcəkdə epidemioloji vəziyyət və əhalinin vaksinasiya səviyyəsi əsas götürülərək digər ölkələrin vətəndaşlarının də hava yolu ilə Azərbaycan Respublikasına girişinin bərpa edilməsi məsələsi baxılmaqdadır”.
a
2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşıb.