Füzulidə beynəlxalq hava limanının tikintisi çərçivəsində aşağıdakı işlər fəal şəkildə həyata keçirilir.

Trend-in məlumatına görə, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, genişfüzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisi davam edir. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr təşkil edəcək. Eyni zamanda, 60 min kv.m-ə qədər sahəsi olan perronun tikintisi davam edir.

Terminal binasında beton işləri başa çatdırılmışdır, hazırda metal konstruksiyaların qurulması işləri davam etdirilir. Terminalın dam örtüyü üçün nəzərdə tutulan materiallar İtaliyadan gətirilmişdir. Həmçinin Türkiyədən binanın fasad hissəsi üçün lazım olan materiallar sifariş verilmişdir. Elektrik və mexaniki avadanlıq Avropadan sifariş verilmişdir.

Hava gəmiləri uçuşlarının aeronaviqasiya və işıq-texniki təminatı üzrə avadanlığın quraşdırılması üçün zəruri olan infrastrukturun hazırlanması ilə bağlı işlər tamamlanmışdır. Qeyd etmək lazımdır ki, bu avadanlıq zavod sınaqlarından uğurla keçib və artıq Füzulidəki beynəlxalq hava limanı üçün çatdırılmışdır.

Gələcək aerovağzal kompleksini elektrik enerjisi ilə təmin etmək üçün əsas transformator yarımstansiyasının (10 kVt) tikintisi və elektrik xətlərinin çəkilməsi ilə bağlı işlər başa çatdırılıb. Bu məqsədlə 2,5 kilometrlik sahədə minalardan təmizləmə işləri aparılmışdır

Hava limanı ərazisində qazanxana və digər köməkçi bina və sahələrin tikintisi davam edir;

Fasiləsiz su təminatı məqsədilə artezian quyusunun qazılması, həmçinin su rezervuarlarının tikintisi üzrə işlər başa çatdırılıb;

Tikinti prosesini optimallaşdırmaq üçün Füzuli hava limanının yaxınlığında asfalt və beton zavodu inşa edilmişdir;

Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.

Yaxın gələcəkdə aşağıdakılar gözlənilir:

- aerovağzal kompleksinin ərazisinin minalardan təmizlənməsi üzrə işlərin başa çatdırılması;

- 5 sentyabr tarixində ilk reysin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Həmin tarixədək uçuş-enmə zolağı istifadəyə veriləcək, aeronaviqasiya vasitələri quraşdırılacaq və avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə qülləsinin tikintisi başa çatdırılacaq. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Həmin tarixədək aerovağzal kompleksinin tikintisi qismən başa çatdırılacaqdır.

- ilin sonunadək sərnişin terminalının tikintisi və Füzulidə beynəlxalq hava limanının fəaliyyəti üçün lazımi infrastrukturun təmin edilməsi üzrə işlərin başa çatdırılması planlaşdırılır.

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 71,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,89 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel çoxdur.

 



Ağdam ölkəmizdə iqtisadi potensialının böyüklüyünə görə seçilən rayonlarımızdandır. Nəzərə alsaq ki, torpaq sahəsinin 92 faizindən çoxu məhsuldar olan Ağdam rayonu eyni zamanda böyük sənaye potensialına malikdir. Bu konteksdə həm Ağdam, həm işğaldan azad edilmiş digər ərazilərimizin Baş planının hazırlanması və artıq Ağdamın Baş planının təsdiq edilməsi işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin başlamasından xəbər verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, azad edilmiş ərazilərimizdə əslində bərpa və yenidənqurma işləri bir müddət öncə başlamışdı, ancaq Baş planın təsdiq edilməsi işğaldan azad edilmiş şəhərlərimizin və rayonlarımızın daha qısa zaman ərzində bərpasına və yenidənqurulmasına və həyatın daha tez zamanda həmin ərazilərə qayıtmasına imkan verəcək: “Eyni zamanda, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə bütün yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaına uyğun olaraq qurulacaq, bunun üstünlüyü ondan ibarət olacaq ki, işğaldan azad edilmiş və işğala qədər aqrar rayonlar kimi tanınan rayonarımızda da sənayeni inkişaf etdirmək mümkün olacaq. Ağdamda sənaye parkının yaradılması da məhz bundan xəbər verir. Nəzərə alsaq ki, sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur, bu konteksdə, işğaldan azad edilmiş ərazilərimizdə dörd iqtisadi mərkəzin formalaşdırılması həyata keçiriləcək və bu da sənaye də daxil olmaqla fərqli sektorlarını inkişafına zəmin yaradacaq.

Eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artıracaq, sosial xidmətlərə əlçatanlığı genişləndirəcək. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatına da böyük töhfə verəcək”.

 


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 63,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Ardını oxu...


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 69,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel azdır.

Ardını oxu...


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,25 dollar/barel çoxdur.

Ardını oxu...

 

 

Xəbər lenti