Prezident İlham Əliyevin dəvəti ilə Özbəkistan lideri Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycana işgüzar səfər edəcək.
APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nın Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.