Yasamal rayonunun “Sovetski” adlanan ərazisində 1920 ev söküləcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə rayonun icra başçısı Əziz Əzizov bildirib.

Onun sözlərinə görə, “Sovetski”də söküntü işlərinin II mərhələsi aparılır:

“Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb.

Söküntü işlərinin II mərhələsinin aparılır və hazırda 1920 evin sakinləri ilə əldə edilmiş razılığa əsasən satın alınıb”.

İcra başçısı III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin aparılacağını qeyd edib.

 


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Ardını oxu...

Yanvarın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Nazirlik xəbərdarlıq edir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir

20-25 m/s, 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. 


Baş Dövlət Yol Polisi İdarəsi qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə sürücülərə müraciət edib. 

Ardını oxu...


Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” sosial xidmət müəssisələrinin əsasında vahid qurum yaradılacaq.

Bununla bağlı Nazirlər Kabinetinə bir ay müddətində tədbirlər görməsi tapşırılıb. 

Eyni zamanda, fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilib.


Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

 

 

Xəbər lenti