F 35” təyyarələrinin Türkiyəyə təhvil verilməsindən imtina edən ABŞ-dan məsələ ilə bağlı növbəti açıqlama verilib.
“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, ABŞ müdafiə nazirinin müşaviri Patrik Şanahan problemin həll ediləcəyinə ümidvar olduğunu bildirib:
“Ümid edirəm məsələ həll edilər və bununla da Türkiyə doğru müdafiə sisteminə sahib olar”.
Qeyd edək ki, iki ölkə arasındakı müqaviləyə əsasən ABŞ Türkiyəyə 100 ədəd “F-35” satmalı idi. Bunlardan ikisi ötən ilin iyunundan təhvil verilib və hazırda ABŞ-ın Leyk Hərbi Hava Bazasındadır.
ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksini almaqda israr etməsi səbəbindən “F-35”lərin də təhvil verilməsini dayandırıb.