![]() |
![]() |
Azərbaycanda yay fəsli başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yay fəsli bu gün saat 19:54-də daxil olub.
Yay fəslinin daxil olması ilə yaz yekunlaşıb. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.
Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.
Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib.
Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: “Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara “Xəzri” adlı verilib.
Xatırladaq ki, Minskdə “MILEX 2019” beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
"Qafqazinfo" xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında
Aprelin 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizidir.