Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunub.

Ardını oxu...


Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib. 

Sfera.az  xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində başlayıb. 

Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunublar. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.

 


Daxili işlər orqanlarında daha bir dəyişiklik olub.

Oxu.Az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev işindən azad edilib.

O, sərəncama göndərilib.

Boş qalan rəis yerinə hələlik təyinat yoxdur.


Mart ayındakı qeyri-iş günlərinin sayı açıqlandı

Qarşıdakı ayda 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.

 Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.

Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.

Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

Martın 27-də isə növbəti iş günüdür/bakucity.az


Şamaxıda yerləşən “Quşçu” vulkanı püskürüb.

Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Şamaxıda yerləşən digər vulkanın aktivləşməsi ehtimal edilir:

“Quşçu” vulkanın püskürməsinin təhlükəli olacağını düşünmürəm. Hər halda ehtiyatlı olmaq lazımdır. Çünki kəndin yaxınlığında yerləşir”.

Adil Əliyev qeyd edib ki, Şamaxıda yerləşən digər vulkanlar da aktivləşə bilər:

“Dəmirçi”, “Qızmeydan” vulkanlarının aktivləşməsi barədə də məlumat veriləcək. Onların aktivləşməsi gözləniləndir. Bu vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ baş verən zaman yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur. Bu vulkanların püskürməsi gözlənilən haldır. Hazırda əraziyə baxış keçirilir”.

 

 

Xəbər lenti