Ötən gün Meydan TV-də “Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa...” başlıqlı video müraciət yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, videoçarxda ötən ilin avqust ayında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzasında yaralanan şəxslərdən biri, Türkiyə vətəndaşı Mütellib Tekişin qardaşı İdris Tekiş çıxış edib. O bildirib ki, qəzadan sonra Ə.Həsənov və onun oğlu Elman Allahverdiyev bütün müalicə xərclərini öz üzərinə götürüb.

Lakin iddiaya görə, bir müddət sonra bu yardım dayanıb və yaralanan Türkiyə vətəndaşlarına da bildirilib ki, artıq yardım edilməyəcək, istəsələr məhkəməyə verə bilərlər. 

 

İ. Tekiş qeyd edib ki, əgər yardım davam etməsə qəzada yaralanan ailə üzvləri ayağa qalxa bilməyəcək.

Sözügedən müraciətlə bağlı bu gün Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı açıqlama yayıb. R. Talıblının “Qafqazinfo”ya göndərdiyi cavab məktubunda bildirilir ki, Meydan TV-yə müraciət edən İdris Tekişinin təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir: “Onun təqdim etdiyi  fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir. Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur. Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş, Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilib və o, reabilitasiya dönəmini başa vurub. Həmin xəstəxananın baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda “emosional” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Tekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi alıb. Burada sual yaranır. Nə üçün danışmaq iqtidarında olan, Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı videogörüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV  ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”.

Xatırladaq, Ə. Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017- ci ilin avqustun 3-də törətdiyi yol qəzasında iki nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları Mütellib Tekiş və onun həyat yoldaşı Songül Tekişdir.


"ABŞ tərəfindən ünvanıma yönələn bütün ittihamlar fantastikadır"

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu müğənni Emin Ağalarov "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Daha əvvəl musiqiçinin vəkili Skott Balber NBC telekanalına açıqlamasında ABŞ-ın "Rusiya işi" üzrə xüsusi prokuroru Robert Müllerin rusiyalı müğənni Emin Ağalarovun dindirilməsini tələb etdiyini bildirib. Dünən E.Ağalarov "Twitter"də ondan asılı olmayan səbəblərdən ABŞ və Kanadaya qastrollarını ləğv etdiyini açıqlayıb.

"Heç bir qanunu pozmamışam, gizlədəsi bir şeyim yoxdur. Məni hardasa saxlayıb kameraya qoysalar, nə edə bilərəm? Yəqin taleyim belədir. Əlbəttə, bunun baş verməsini istəmirəm, amma nə edə bilərəm?! Amma yenə deyirəm ki, heç bir sərhəd, qanun pozmamışan, bunlar hətta gülməlidir. Müzakirə olunanlar fantastika aləmindədir", - E.Ağalarov deyib.

ABŞ mətbuatının yazdığına görə, ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp 2016-cı ilin iyun ayında "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarovun vasitəçiliyi ilə rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşüb. İddialara görə, Veselnitskayanın Kremldə əlaqələri olub və oğul Tramp ondan Hillari Klinton haqqında kompromat məlumatlar istəyib.


Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək.

Bu barədə “Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq. Yanvarın 21-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. “ASAN Kommunal” mərkəzləri həftənin bazar günləri işləmir. 


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Batumidə “donuz qripi” adı ilə tanınan A qrip virusundan (H1N1) ölüm halı qeydə alınıb.

Bu haqda Oxu.Az Gürcüstan informasiya vasitələrinə istinad edərək xəbər verir.

Ardını oxu...

Xəbər lenti