Dekabrın 27-si Bərdə rayonunda Euro School təhsil mərkəzinin və Tumurcuq körpələr evi - uşaq bağçasının təşkilatçılığı ilə regionun ən böyük, ən möhtəşəm "kids party"-si olan "SNOW PARTY" həyata keçirildi.
Uşaqların inkişafı, təhsili istiqamətində bir neçə ilkə imza atan Euro School təhsil mərkəzinin direktoru Elşən Abbasov bildirib ki, bu cür böyük, möhtəşəm karnavalın həyata keçirilməsi həm qürurverici idi, həm də hər ilk kimi bu da riskli idi. Çünki rayonda indiyə qədər heç bir müəssə belə irimiqyaslı tədbir keçirmədiyindən uşaqların, valideynlərin nə dərəcədə marağına səbəb olacağını əvvəlcədən proqnozlaşdırmaq çətin idi, həm də riskli. Çünki insanlar səni qəbul etməyə bilərdi. Ancaq direktorla həmsöhbət olduğumuz zaman onun maraqlı devizi ilə tanışı olduq: " qarşına çıxmış hər bir maneə ya yaxşıların yaxşısı olmağa, ya da bu işdən əl çəkməyə kömək edən döyüş yoldaşındır". Söhbət əsnasında öyrəndik ki, direktor yuxarıda qeyd etdiyimiz bir neçə İLKLƏRİ də həyata keçirərkən eyni həyəcan,həvəs,məsuliyyət və risklə işə başlamışdır:
Təhsil Nazirliyinin start verdiyi "sağlam təhsil" layihəsinə uyğun olaraq
Euro School təhsil mərkəzi kurs sistemində ilk olaraq xüsusi dizaynla hazırlanmış parta sisteminə keçdi. Hansıki bu övladlarımızın hal - hazırda və ömürləri boyu sağlam fiziki quruluşa sahib olmasına kömək edir.
Kurs sistemində yenə bir ilkə imza ataraq sınaq - İmtahan sahəsində etdiyimiz yenilik nəticəsində övladlarımız kiçik yaşlarından sınaq-imtahan fobiyalarını yenərək təhsili daha çox sevirlər. Bunun nəticəsində həm təhsili sevdikləri üçün daha yaxşı öyrənirlər,həm də imtahan qorxularını yendikləri üçün gələcəkdə tez - tez rastlaşdığımız imtahan sonrası intihar hallarının qarşısını almış olacağıq. Bunu necə edirik? Çox sadə - imtahanı sevdirərək. Hər bir sınaq kitabçasının üzərində sınaq iştirakçısının öz şəkli olur və nəticədə o daha sevimli,qorxusuz gəlir uşağa.
Euro School education center of Azerbaijan növbəti ilki yenə imtahan sahəsində etdi. Heç bir müəssənin risk edib etmədiyini biz etdik
Məktəbəqədər hazırlıq proqramını bitirmiş şagird proqram sonunda sosial şəbəkəlırdı canlı yayımda bütün fənnlər üzrə imtahan edildi.
Növbəti bir addım isə az yaşlı uşaqlar üçün xüsusi dizaynda hazırlanmış 100 kvadrat metrlik tədris-inkişaf-oyun zalımızdır. Hansı ki, bu regionda tədris otaqlarından əlavə o genişlikdə və dizaynda inkişaf zalı yoxdur. Dizaynda fərqliliyimiz nədir?! Divarlarda mifik obrazlar,nağıl qəhrəmanları əvəzinə real dünyaya aid rəsmlər çəkilib 3D formatında. Su canlıları,vəhşi heyvanlar və kainat. Bunun köməyi nədir? Övladınız real dünyaya daha tez adaptasiya olur,beynində real dünya haqda daha asan xəyal qurur...
Həmsöhbətimizdən intervyu almazdan öncə onun və Euro School-un haqqında biraz araşdırma apardıq. Direktor bu barədə danışmaq istəməsə də, araşdırmamızdan aydın oldu ki, təhsil mərkəzində şəhid övladlarına, valideynlərini itirmiş körpələrimizə və aztəminatlı ailələrin uşaqlarına ödənişsiz və güzəştli şərtlərlə təhsil almaq hüququ verilir. Hətta "Snow party" - də də onlarla belə körpələrimiz ödənişsiz olaraq unudulmaz yeni il əyləncəsinin iştirakçısı olublar.
300+ uşağın iştirakı ilə baş tutmuş karnaval həmçinin böyüklərin də böyük marağına səbəb olub. Karnavalda yalnız qadın valideynlər iştirak edib heç bir ödəniş tələb olunmadan. Bu isə təşkilatçıların özgüvəninin, şəffaflığın bariz göstəricisidir. Karnavalın proqramına körpələrimizin ən çox sevdiyi cizgi filmlərin ən çox sevilən 8 personajı, led işıqlarla bəzədilmiş möhtəşəm,əzəmətli şaxta baba, qar adam, robot, güzgü adam, tanınmış aparıcı, müğənni olaraq gənc xalq artisti, kağız şou, köpük şou, zər yağışı, qar yağışı daxil idi. Karnavalın böyüklüyünün əsas üstünlüklərindən biri də odur ki, uşaqlar həm erkən yaşlarından sosiallaşmağı, yeni - yeni dostlar qazanmağı öyrənir, həm də əylənərək unudulmaz bir yeni il həyəcanı yaşayırdılar.
Ağdam,Tər - Tər, Yevlax, Ağcabədidən hətta Bakıdan da gələn uşaqlar onu göstərirki bu karnaval yalnız Bərdədə yaşayan uşaqlar üçün deyil, regional bir hal alıb artıq. Bu isə növbəti karnavalların müjdəçisidir. Sizə bir sirr açaraq şad xəbəri də biz verək ki, Novruz bayramında " TONGAL SHOW" adlı karnavalın həyata keçirilməsi gözlənilir.
Elşən Abbasovla maraqlı söhbət əsnasında onu da öyrəndik ki, o Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakultəsinin məzunu olub. Uşaqlara,onların təhsil və inkişafına qarşı niyə bu qədər həssaslıqla, sevgi ilə yanaşdığını soruşduqda gözləmədiyimiz bir cavabla rastlaşdıq:
- " onlar bizim, millətimizin,dövlətimizin gələcəyidir əlbəttə hər birimiz həssaslıqla yanaşmalıyıq ancaq mənim həssaslığım daha çoxdur. Çünki mənim uşaqlığım " Qarabağ müharibəsi" dövrünə düşüb, mən yoxluq çəkmişəm, parta əvəzinə daşın üstündə oturmuşam ona görədə çalışıramki onlar buqədər zənginliyin içərisində yoxluq çəkməsin. Fiziki, psixaloji,sosial və təhsil inkişafları ən yüksək səviyyədə olsun, bir sözlə hərtərəfli böyüsünlər. Növbəti sualımız isə necə olurki bu qədər böyük bir karnavalın təşkilatçılığını peşəkarcasına həyata keçirə bildiniz?
Məlum oldu ki, o Prezident yanında gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş 5 və 8-ci qrantların qalibi olmuş, bir neçə beynəlxalq tədbirlərdə Azərbaycan təmsilçisi olmuş, Gənclər təşkilatında bir neçə məsul postlarda olmuş, aktiv - ictimai fəakiyyətinə görə diplomlarla təltif olunmuş və bir çox tədbirlərin təşkilatçısı olmuşdur.
Bütün bunların nəticəsində əldə olunmuş təcrübə ilə ortaya gözəl işlər çıxarmağın mümkün olduğunu bildirdi.