Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayına olan hava proqnozu açıqlanıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı  ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.    
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 23-33 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı  (norma 34-59 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-22 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 54-83 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.  
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 29-126 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun  13-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18,  bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 30-49 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 mm) gözlənilir.

 

Digər xəbərlər

16 İyun 2021 Abituriyentlərin nəzərinə!
16 İyun 2021 Bu yollar tam bağlıdır - Rəsmi
10 İyun 2021 Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Səhiyyə Nazirliyi
12 Yanvar 2021 Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib (FOTO)
27 Sentyabr 2020 Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - VİDEO
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
01 İyun 2019 Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİXLƏR açıqlandı
25 May 2019 Sabahdan etibarən Azərbaycanda 3 gün leysan gözlənilir
06 May 2019 Sürücülərin diqqətinə!
20 Aprel 2019 “Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq
15 Aprel 2019 2 nömrəli məktəbin müəlliminin iddialarına Təhsil Nazirliyinin CAVABI
11 Aprel 2019 Prezident Çingiz Abdullayevə “Şərəf” ordeni verdi
10 Aprel 2019 Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - SƏBƏB?
04 Aprel 2019 Ölkədən çıxışı olmayan şəxslər aeroportda borclarını ödəyə biləcək
01 Aprel 2019 İndiyə kimi 48 022 abituriyent ərizə verib
30 Mart 2019 Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib
22 Mart 2019 Sabaha olan hava proqnozu açıqlandı
12 Mart 2019 Bu gün Novruzun Yel çərşənbəsidir
02 Mart 2019 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər
27 Fevral 2019 Güclü geomaqnit qasırğası başlayıb

 

 

Xəbər lenti