Bu gün xalq təqvimi ilə Boz ayın üçüncü çərşənbəsi – Yel çərşənbəsidir.

 

1news.az xəbər verir ki, xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınan Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır.

Yel çərşənbəsində adətən hava təmizlənir. Belə ki, gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir.

Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Etiqadlara görə, yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirir.

Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər.

Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Yel çərşənbəsi ilə əlaqədar bəzi mənbələrdə “Yel baba” ifadəsinin işlənməsi və Novruz şənliklərində icra olunan Yel baba mərasimi isə öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı və əkinçiliklə bağlıdır.

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən dağılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Qədim inanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər, sovurulmamış buğda götürənin oğlu ölər, yeli əsdirəni söyməzlər, yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər və s.

Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”.

Yel çərşənbəniz mübarək!

 

Digər xəbərlər

16 İyun 2021 Abituriyentlərin nəzərinə!
16 İyun 2021 Bu yollar tam bağlıdır - Rəsmi
10 İyun 2021 Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Səhiyyə Nazirliyi
12 Yanvar 2021 Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib (FOTO)
27 Sentyabr 2020 Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - VİDEO
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
01 İyun 2019 Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİXLƏR açıqlandı
25 May 2019 Sabahdan etibarən Azərbaycanda 3 gün leysan gözlənilir
06 May 2019 Sürücülərin diqqətinə!
20 Aprel 2019 “Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq
15 Aprel 2019 2 nömrəli məktəbin müəlliminin iddialarına Təhsil Nazirliyinin CAVABI
11 Aprel 2019 Prezident Çingiz Abdullayevə “Şərəf” ordeni verdi
10 Aprel 2019 Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - SƏBƏB?
04 Aprel 2019 Ölkədən çıxışı olmayan şəxslər aeroportda borclarını ödəyə biləcək
01 Aprel 2019 İndiyə kimi 48 022 abituriyent ərizə verib
30 Mart 2019 Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib
29 Mart 2019 Apreldə 28 dərəcə isti olacaq
22 Mart 2019 Sabaha olan hava proqnozu açıqlandı
02 Mart 2019 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər
27 Fevral 2019 Güclü geomaqnit qasırğası başlayıb

 

 

Xəbər lenti