Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzildə yanğın baş verib.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı mənzilin mətbəxindəki 1 ədəd çarpayı yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakı polisi axtarışda olan şəxslərin tutulması üçün əməliyyat keçirib.