Danimarkada yük qatarının Fyun və Zelandiya adalarını Böyük Belt boğazı vasitəsilə birləşdirən körpüdə qəflətən dayandırılması səbəbindən qəza baş verib.
1news.az xəbər verir ki, Fyun polisi hadisə nəticəsində 6 nəfərin həlak olduğunu bildirir. Körpü bağlanıb.
DSB dəmiryol şirkətinin mətbuat xidməti isə məlumat yayıb ki, səhər saatlarında qatar hələ ki məlum olmayan predmetlə toqquşduqdan sonra maşinist qəflətən əyləci basıb.