Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni layihəsini təqdim edib.

 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan "Şuşam mənim" adlı layihənin klipi "Youtube" platformasına yüklənib. 

Qeyd edək ki, “Şuşam mənim” mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir.

Rejissoru Nail Naiboğlunun olduğu klipdə həm şəhid və qazi övladları, həm də F. Hacıyevanın tələbələri çəkilib. 

 

 

 

Xəbər lenti