Bu ilin yanvar-aprel aylarında Azərbaycanın işğaldan azad edilmiş Yuxarı Qarabağ iqtisadi rayonunda 632,9 milyon manatlıq məhsul istehsal edilib
.

 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, həmin məbləğin 177,3 milyon manatı və yaxud 28%-i Ağdam, 173,05 milyon manatı və yaxud 27,3%-i Tərtər, 14,313 milyon manat və yaxud 2,3%-i Xocavənd, 28,6 milyon manatı və yaxud 4,5%-i Xocalı, 18,555 milyon manatı və yaxud 2,9%-i Şuşa,30 milyon manatı və yaxud 4,7%-i Cəbrayıl, 191 milyon manatı və yaxud 30,2%-i Füzulinin payına düşüb.

Bundan əlavə, 4 ay ərzində Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda 103,4 milyon manatlıq məhsul buraxılışı həyata keçirilib. Bunun isə 49,1 milyon manatı və yaxud 47,4%-i Kəlbəcər, 41,1 milyon manatı və yaxud 39,7%-i Laçın, 1,2 milyon manatı və yaxud 1,1%-i Zəngilan, 12,1 milyon manatı və yaxud 11,7%-i isə Qubadlının payına düşüb.

Beləliklə, 4 ayda azad edilmiş ərazilərdə 736,4 milyon manatlıq məhsul istehsal edilib.

 

 

 

Xəbər lenti