Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Rusiya Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni hər şeyi edəcək, lakin bu məsələdə hansısa müddət müəyyənləşdirməyə ehtiyac yoxdur.
1news.az xəbr verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 2019-cu ildə Qarabağ münaqişənin həlli imkanları barədə danışarkən deyib.
Zaxarova bildirib: “Biz müddət çərçivəsi qoymuruq, ən qısa zamanda münaqişənin həlli üçün bütün tədbirləri görəcəyik. Münaqişə uzun sürən tarixə malikdir.
"Son 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb".
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan çox sürətlə inkişaf edir, yenilənir. Azərbaycanın inkişafı, yüksəlişi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır: "Məmnunluqla demək lazımdır ki, son 15 il Azərbaycanın xüsusi qürur duyulan bir səhifəsini təşkil edir. Bu illər ərzində Azərbaycanda bütün sahələr yenilənib, müasirləşib. Ən başlıcası, insanlarımızın həyatı dəyişib. İnsanlarımız daha yaxşı yaşayırlar. Bu isə Azərbaycan cəmiyyətinin birliyini daha da gücləndirir".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda son 15 illik inkişaf fərqli sahələri əhatə etməklə çoxşaxəli olub. Azərbaycanda istənilən sahədə baş verən dəyişikliklər möhtəşəm, uğurlu olub. Qürur hissi ilə hadisələrdən biri Azərbaycanın möhtəşəm quruculuğunun, həyatımızın bütün sahələrinin yeni, modern əsaslarla qurulması ilə bağlıdır. Biz Azərbaycanın ən fərəhedici dövrünü yaşayırıq".
Ə.Əhmədov bildirib ki, son 15 il ərzində aparılan quruculuq işlərinin nəticəsi olaraq, Azərbaycanın siması köklü şəkildə dəyişib: "Azərbaycanın hər bir guşəsi tanınmaz şəkildə dəyişib. Bakının müasirləşməsi, onun infrastrukturunun tamamilə yenilənməsi 15 illik nailiyyətlərin mühüm bir hissəsidir. Amma Azərbaycanın bütün bölgələrində, bütün kəndlərində və şəhərlərində möhtəşəm quruculuq işləri aparılır. Bu işlər bu gün də aparılır. Bundan sonra da möhtəşəm quruculuq siyasəti uğurla davam etdiriləcək".